Millimiz futzal üzrə Avropa çempionatının dörddə bir finalında
Futzal üzrə Avropa çempionatında millimizin mübarizə apardığı D qrupunun son qarşılaşması – İtaliya-Çexiya matçı keçilib.

Serbiyanın paytaxtındakı “Belqrad Arena”da olduqca gərgin məcrada keçən qarşılaşmadan 7:0 hesabı ilə İtaliya komandası qalib ayrılıb. Bir avtoqolun qeydə alındığı oyunda Fortino (2 qol), Qabriel Lima, Aleks Merlim, Humberto Honorio, Alessandro Patias fərqləniblər.

Beləliklə, İtaliya ardıcıl ikinci qələbədən sonra qrupu 6 xalla lider kimi tamamlayıb. Azərbaycan 3 xalla ikinci olub. Çexiya isə xal toplamayaraq qrup sonuncusu kimi çempionatla vidalaşıb.

Matçı Timo Onatsudan (Finlandiya), İvan Şabanovdan (Rusiya), Oleq İvanovdan (Ukrayna), Paskal Lemaldan (Belçika) ibarət hakimlər briqadası idarə edib.

AZƏRTAC

Xəbər 659 dəfə oxundu.