Albaniya millisinin baş məşqçisi: Azərbaycanda yaxşı futbolçular var
“Şübhəsiz ki, ən yaxşı alban futbolçular İtaliya çempionatında çıxış edirlər”. İdman.com.az.az saytının məlumatına görə, bu sözü Albaniya yığmasının baş məşqçisi Canni de Biazi deyib.

55 yaşlı italiyalı mütəxəssis baş məşqçi postuna təyinatından 2 ay sonra yığma ilə kifayət qədər yaxşı tanış olduğunu bildirib. Vaxtilə “Torino”, “Udineze” kimi klublarda da çalışan de Biazi Azərbaycan Premyer Liqasında çıxış edən albaniyalılar – “Qarabağ”ın üzvləri Ansi Aqolli və Admir Teli, AzAL-ın legioneri Ervin Bulkunu da bəyəndiyini açıqlayıb:

“Novara”da Uykani, “Latsio”da Kana, “Siena”da Boqdani kimi oyunçular çıxış edir. Bunlara baxanda, ən yaxşıların İtaliyada oynadığını əminliklə söyləmək olar. Lakin milli komandaya bələd olduqdan sonra başa düşdüm ki, Azərbaycan, Ukrayna və İsveçrədə də yaxşı futbolçular var”.
Qeyd edək ki, Biazi futbolçu olduğu vaxtlar İtaliya “İnter”inin də şərəfini qoruyub.

Xəbər 957 dəfə oxundu.