Anatoli Banişevskinin xatirəsinə turnir keçiriləcək
Fevralın 17-dən 23-dək Bakıda əfsanəvi futbolçumuz Anatoli Banişevskinin xatirəsinə turnir keçiriləcək. İdman.com.az saytının məlumatına görə, yarışda 1998-99-cu il təvəllüdlü futbolçulardan təşkil olunmuş 8 komanda 2 qrupda mübarizə aparacaq. “A” qrupunda “Neftçi” İSM, “Sumqayıt”, “Qarabağ”, “Əlincə”, “B” qrupunda “Neftçi” PFK, “Bakı kəndləri”, “İnter”, “Hövsan” klubları yer alıblar.

Bütün oyunlar AFFA Futbol Mərkəzindəki “Dalğa Arena”da keçiriləcək. Final matçı ənənəvi olaraq, hücumçunun ad gününə salınıb.
Qeyd edək ki, futbolçu karyerası “Neftçi”yə bağlı olan Banişevskinin bu il 66 yaşı tamam olur.

17 fevral
11:00. “Neftçi” İSM – “Sumqayıt”
12:00. “Qarabağ” – “Əlincə”
13:00. “Neftçi” PFK – “Bakı kəndləri”
14:00. “İnter” – “Hövsan”

18 fevral
11:00. “Bakı kəndləri” – “Hövsan”
12:00. “Neftçi” PFK – “İnter”
13:00. “Sumqayıt” – “Əlincə”
14:00. “Neftçi” İSM – “Qarabağ”

20 fevral
11:00. “Qarabağ” – “Sumqayıt”
12:00. “Əlincə” – “Neftçi” İSM
13:00. “İnter” – “Bakı kəndləri”
14:00. ”Hövsan” – “Neftçi” PFK

21 fevral, 1/2 fevral
11:00. A1 – B2
12:00. B1 – A2

23 fevral
11:00. III yer uğrunda oyun
12:30. Final

Xəbər 984 dəfə oxundu.