Tino Perez: "İlk oyunla müqayisədə daha yaxşı oynadıq"
Futzal üzrə AÇ-nin final mərhələsində keçirilmiş Azərbaycan – Çexiya oyunundan sonra millimizin baş məşqçisi Tino Perezin verdiyi açıqlamanı diqqətinizə çatdırırıq:

“Ağır oyun oldu. Xüsusilə birinci hissədə çox çətinlik çəkdik. Lakin bir müsbət məqam vardı ki, hesabda öndə olan tərəf biz idik. Yəni hesabı bərabərləşdirmək barədə biz yox, rəqib komanda düşünməli olurdu. Düşünürəm ki, ilk oyunla müqayisədə daha yaxşı oynadıq. Rəqibimizdən çox qol vurmağı bacardıq və qələbə qazandıq”.

affa.az

Xəbər 687 dəfə oxundu.