“Baku Fires” yeni mövsümdə ilk qələbəsini qazanıb
Fevralın 5-də ölkəmizi Dünya Boks Seriyasında (WSB) təmsil edən “Baku Fires” klubu turnirin altıncı mövsümdə ikinci görüşünü keçirib.

Bakı təmsilçisi Boks Mərkəzində liqanın debütantı “Uzbek Tigers”lə qarşılaşıb və 3:2 hesabı ilə qələbə qazanıb.

Döyüşlərdə aşağıdakı nəticələr qeydə alınıb:

Məhəmməd İbiyev (52 kq, “Baku Fires”) - Antotjon Kadırov (“Uzbek Tİgers”) -2:1, Hasan Arsunkayev (60 kq) - Elnur Abdurraimov -:+, Yevgeni Ramaşkeviç (69 kq) - Dostonbek Turdiyev -3:0, Mixail Dolqolivets (81 kq) - Şuxrat Abdullayev – 1:2 və Arslanbek Mahmudov (91 kq-dan yuxarı) - Sərdor Abdullayev -3:0.

Xatırladaq ki, mövsümün ilk görüşündə “Baku Fires” klubu “Astana Arlans”a (1:4) uduzmuşdu, “Uzbek Tigers” isə “Puerto-Riko” boksçularından (5:0) güclü olmuşdu.

Xəbər 695 dəfə oxundu.