Avropa çempionatında 20 “sambaçı”
İspaniyanın və dünyanın məşhur idman nəşrlərindən olan "AS" hazırda davam edən futzal üzrə Avropa çempionatında ümumilikdə 20 braziliyalının iştirak etməsinə diqqət ayırıb. Qəzet yazır ki, bu futzalçılar Avropanın dörd millisinin heyətində oynayır.

Bu göstəriciyə görə, İtaliya millisi liderdir. Onun heyətində 8 braziliyalı çıxış edir. Azərbaycan komandasında 5, Rusiya yığmasında 4, Qazaxıstan millisində isə 3 “sambaçı” oynayır.

AZƏRTAC

Xəbər 592 dəfə oxundu.