Güləşçimiz Mariya Stadnik beynəlxalq reytinq cədvəlində ikinci pillədə yer alıb
Dünya Güləş Birliyi (DGB) 2016-cı ilin yanvarında keçirilən yarışların nəticəsinə əsasən, qadın güləşi üzrə yeni reytinq siyahısını açıqlayıb.

Qadın güləşçilərin reytinq sıralamasında 7 idmançımız yer alıb. Güləşçilərimiz yanvarda turnirlərdə iştirak etmədiyinə görə, mövqelərində irəliləyiş olmayıb.

Son dünya çempionatının gümüş medalçısı Mariya Stadnik (48 kq) reytinq siyahısında ikinciliyini qoruyub. Mövqeyini qoruyan güləşçilərimiz həm də Anjela Doroqan (53 kq, 6-cı yer), Nataliya Sinişin (55 kq, 7-ci yer) və İrina Netreba (60 kq, 4-cü yer) olub.

Dünya çempionatının bürünc medalçısı Yuliya Ratkeviç (58 kq) iki pillə geriləyərək 6-cı yerdə qərarlaşıb.

Xəbər 653 dəfə oxundu.