Boksçularımız üçün beynəlxalq turnirin ikinci günü də uğurlu olub
Macarıstanın Debretsen şəhərində boks üzrə beynəlxalq turnir davam edir.

Kamran Şahsuvarlı (75 kq) ikinci görüşdə də qalib gəlib. Millimizin üzvü norveçli Martin Larseni mübarizədən kənarlaşdırıb - 3:0. Olimpiya oyunlarının bürünc mükafatçısı, Avropa çempionu Teymur Məmmədov da turnirə qələbə ilə başlayıb. Həmyerlimiz macarıstanlı Adam Hamorini məğlub edib - 3:0.

Yarışda ikinci görüşünə çıxan Albert Səlimov isə bu dəfə məğlub olub. Rio Olimpiadasına vəsiqə qazanan boksçumuz Avropa oyunlarında üstələdiyi fransalı Sofian Oumihaya uduzub - 1:2.

Qeyd edək ki, yarışda 29 ölkənin 168 boksçusu mübarizə aparır.

Xəbər 853 dəfə oxundu.