İspaniyanın idman gimnastları Bakıda keçiriləcək dünya kubokuna ciddi hazırlaşırlar
İspaniyanın idman gimnastikası üzrə kişilərdən ibarət milli komandası fevralın 19-dan 21-dək Bakıda keçiriləcək Dünya Kuboku yarışına ciddi hazırlaşır. Komandaya yeni təyin edilən məşqçilərin ilk sınağı olacaq bu yarış Rio-de-Janeyroda keçiriləcək Olimpiya Oyunları ərəfəsində təsnifat turnirinə hazırlıq baxımından çox əhəmiyyətlidir.

İspaniya mətbuatı yazır ki, bu ölkənin ən təcrübəli və güclü idmançıları Azərbaycan paytaxtında yaxşı nəticə üçün mübarizə aparacaqlar.

AZƏRTAC

Xəbər 684 dəfə oxundu.