Cüdoçularımız Böyük dəbilqə turnirində
Fevralın 6-7-də Fransanın paytaxtı Parisdə cüdoçular arasında “Böyük dəbilqə” turniri keçiriləcək. Yarışda 93 ölkədən 583 cüdoçu qalib adı uğrunda mübarizə aparacaq. Bunlardan 370-i kişilər, 213-ü isə qadınlardır.

Azərbaycan millisi mötəbər turnirə 11 nəfərlik heyətlə qatılacaq. Kişilərin yarışında ölkəmizi Orxan Səfərov, İlqar Müşkiyev (hər ikisi 60 kq), Hidayət Heydərov, Tərlan Kərimov (hər ikisi 66 kq), Rüstəm Alimli, Əbdülhəq Rəsullu (hər ikisi 90 kq), Şahin Qəhrəmanov, Ramin Qurbanov (hər ikisi 90 kq), Elmar Qasımov, Elxan Məmmədov (hər ikisi 100 kq) və Uşangi Kokauri (+100 kq) təmsil edəcək.

Xəbər 900 dəfə oxundu.