“Azəryol” klubunun CEV kuboku yarışlarının “çellenc-raund” mərhələsindəki oyunlarının vaxtı müəyyənləşib
Bakının qadınlardan ibarət “Azəryol” klubunun Avropa Voleybol Konfederasiyası (CEV) kuboku yarışlarının “çellenc-raund” mərhələsindəki oyunlarının vaxtı müəyyənləşib.

Bakı təmsilçisi fevralın 11-də Azərbaycan Voleybol Mərkəzində İtaliyanın “Novara” komandasını qəbul edəcək. Görüşü almaniyalı baş hakim Munir Fattah idarə edəcək. Ona slovakiyalı həmkarı İqor Porvaznik kömək edəcək.

Komandalar arasında cavab oyunu fevralın 23-də İtaliyada təşkil olunacaq.

Qeyd edək ki, turnirdə mübarizəyə onaltıdabir final mərhələsindən qoşulan "Azəryol" Rumıniyanın "Tarqoviste", Finlandiyanın "Salo" və Polşanın “Muşina” klublarını yarışdan kənarlaşdırıb.

Xəbər 798 dəfə oxundu.