AFFA Canni İnfantinonun namizədliyini dəstəkləyir | |
Xəbər verdiyimiz kimi, FİFA-nın Seçki Komissiyası prezident vəzifəsinə irəli sürülən beş namizədi təsdiq edib. Namizədlərdən biri UEFA-nın hazırkı baş katibi Canni İnfantinodur. UEFA-da işlədiyi on beş il ərzində (altı il UEFA-nın baş katibi qismində) C.İnfantino böyük təcrübə toplayıb və hazırda Avropa futbol ailəsinin ən nüfuzlu mütəxəssislərindən sayılır. 2016-cı il yanvarın 19-da Canni İnfantino seçkiqabağı proqramını ictimaiyyətə təqdim edib. Proqram 3 hissədən - islahat və effektiv idarəetmə, demokratiya və yardım, futbolun inkişafından ibarətdir. Qeyd olunan proqramla C.İnfantino dünya futbolunun yaxın illərdə inkişafı haqqında baxışlarını və ideyalarını bölüşüb. UEFA-nın üzvü olan milli assosiasiyaların əksəriyyəti, həmçinin başqa konfederasiyaları təmsil edən bəzi federasiyalar C.İnfantinoya öz dəstəklərini bildiriblər. AFFA Canni İnfantinonun FİFA prezidentliyinə namizədliyini dəstəklədiyini bəyan edir. |
|
Xəbər 574 dəfə oxundu. |
|
|