Azərbaycan millisinin futbolçusu "Cordoba" klubunda rəsmən təqdim edilib
Futbol üzrə Azərbaycan milli komandasının üzvü Eddi İsrafilovun yeni klubunda təqdimatı keçirilib. Onun komanda üçün vacibliyi qeyd olunub və oyunçumuza 11 nömrəli forma təqdim edilib.

Hücuma meylli yarımmüdafiəçi mövqeyində çıxış edəcək E.İsrafilov İspaniya mətbuatına bildirib ki, o yeni komandasına "La Liga"ya yüksəlməkdə yardım etmək istəyir.

Klubun idman direktoru Emilio Vega isə öz növbəsində futbolçunun komanda üçün əhəmiyyətindən danışıb. O qeyd edib ki, Eddi İsrafilovun Azərbaycan milli komandasındakı çıxışları ilə bağlı da heç bir problem olmayacaq.

Xəbər 635 dəfə oxundu.