Dubay toplantısını baş məşqçilər də izləyəcəklər
Fevralın 22-dən martın 1-dək Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində Azərbaycan milli komandasının təlim-məşq toplanışında Unibank Premyer Liqasında çıxış edən bütün klubların baş məşqçiləri də iştirak edəcəklər. İdman.com.az saytı affa.az-a istinadən xəbər verir ki, futbol assosiasiyasının və yığmanın baş məşqçisi Berti Foqtsun qərarına əsasən, çalışdırıcılar AFFA-nın vəsaiti hesabına Dubay şəhərinə aparılacaq.

Klubların baş məşqçiləri fevralın 26-dan martın 1-dək millinin toplanışını, həmçinin hazırlıq prosesi çərçivəsində 2 yoldaşlıq oyununu izləyəcək, təcrübə mübadiləsi aparacaqlar.

Xəbər 1032 dəfə oxundu.