Azərbaycan Güləş Federasiyasına yeni baş katib təyin olunub
Azərbaycan Güləş Federasiyasının prezidenti Fazil Məmmədovun əmri ilə federasiyanın baş katibi Əjdər Cəfərov vəzifəsindən azad edilib.

Federasiya prezidentinin əmrinə əsasən, Rəşad Əli-Zadə Azərbaycan Güləş Federasiyasının baş katibi vəzifəsinə təyin olunub.

Qeyd edək ki, Rəşad Əli-Zadə bundan əvvəl Azərbaycan Otüstü Xokkey Federasiyasında çalışıb.

Xəbər 673 dəfə oxundu.