“Lokomotiv” voleybol komandası “Telekom”a qalib gəlib
Fevralın 3-də qadın voleybol komandaları arasında Azərbaycan Super Liqası yarışlarının XI turu çərçivəsində bir oyun keçirilib.

Azərbaycan Voleybol Mərkəzində “Lokomotiv” komandası “Telekom” klubu ilə qarşılaşıb. Görüş Çempionlar Liqası yarışlarında mübarizə aparan təmsilçimiz “Lokomotiv” komandasının 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Hesabında 27 xal olan “Azərreyl” turnir cədvəlinin birinci pilləsinə yer alıb. “Telekom” komandası 26 xalla ikinci, “Lokomotiv” isə 25 xalla üçüncü pillədə qərarlaşıb.

Xəbər 880 dəfə oxundu.