Millimiz bu gün ilk oyununu keçirəcək
Azərbaycan milli komandası futzal üzrə Avropa çempionatının final mərhələsində bu gün ilk oyununu keçirəcək.

Millimiz Serbiyanın Belqrad şəhərindəki “Belqrad Arena”da İtaliya yığması ilə qarşılaşacaq. Marc Birkett (İngiltərə), Oleq İvanov (Ukrayna) və Kamil Çetindən (Türkiyə) ibarət hakimlər briqadasının idarə edəcəyi oyun yerli vaxtla saat 21:00-da (Bakı vaxtı ilə saat 00:00) başlayacaq. Qarşılaşma CBC Sport televiziya kanalında canlı yayımlanacaq.

Xəbər 689 dəfə oxundu.