“ Moskva Open 2016”beynəlxalq şahmat festivalı | |
Yanvarın 30-da Moskva şəhərində “Moskva Open 2016” beynəlxalq şahmat festivalı start götürüb. Festival bir neçə turnirlərdən A (güclülər), B(qadınlar) , C (həvəskarlar) və D(veteranlar) və s ibarətdir. Yarışda 33 ölkədən ümumilikdə mindən artıq şahmatçı qələbə uğurunda mübarizə aparır. Ölkəmizi bu festivalda müxtəlif turnirlərdə 20 şahmatçı təmsil edir. 2 turdan sonra “A” qrupunda iştirak edən Ülvi Bacarani,Fərid Aslanov,Aydın Süleymanlı və Məhəmməd Muradlı 1.5 xal toplayıb. Günay Məmmədzadə,Kənan Qarayev,Əhməd Əhmədzadə,Aqil Pirverdiyev və Vüqar Əsədlinin 1 xalı var. “B” turnirində mübarizə aparan təmsilçimiz Xanım Balacayeva 2 oyundan aktivində 1 xal yazmağa müvəffəq olub. “C” turnirində iştirak edən Atilla Eynullayev və Elmar Qasımov 1.5xal, Şahin Hacıyev 1 xal, Fərid Mustafayev və Altay Eynullayev isə 0.5 xal toplayıblar. 9 yaşadək qızların yarışında isə 4-cü turun oyunları yekunlaşıb.Bu turda mübarizə aparan Səmra Qasımova liderlərdən yarım xal az toplayaraq 3.5 xalla 3-cü pillədə qərarlaşıb.Aydan Şükurova isə aktivinə 2.5 xal yazaraq 17-ci yerdədir. Yarış fevralın 06-da başa çatcaq. |
|
Xəbər 925 dəfə oxundu. |
|
|