Samboçularımız üçün sınaq anı
Fevralın 17-də sambo üzrə yeniyetmə və gənclər arasında Azərbaycan birinciliyi keçiriləcək. İdman.com.az saytının məlumatına görə, yarışın təşkilində məqsəd yığma komandanın yeni tərkibini müəyyən etməkdir. Bundan başqa, turnirdə fərqlənənlər arasından mart ayının sonlarında Moskvada keçiriləcək dünya kubokunun mərhələ yarışlarında iştirak edəcək samboçular seçiləcək.

Azərbaycan birinciliyinə fevralın 19-da yekun vurulacaq.
Yığma komandanın baş məşqçisi Mübariz İbrahimov martın 6-da kişilər arasında Azərbaycan çempionatının keçiriləcəyini və həmin yarışların da samboçuların qüvvəsinə bir növ baxış xarakteri daşıyacağını bildirib: «Yeniyetmə, gənclər və ustalar arasında keçiriləcək yarışlardan sonra, dünya kubokunun mərhələ yarışlarında mübarizə aparacaq samboçular müəyyənləşəcək».

Xəbər 1981 dəfə oxundu.