Azad Rəhimov: “Formula-1” yarışlarına hazırlıq işləri qaydasında gedir | |
“Formula-1” üzrə Avropa Qran-pri yarışlarına hazırlıq işləri qaydasında gedir, heç bir problem yoxdur. Bu sözləri jurnalistlərə gənclər və idman naziri Azad Rəhimov deyib. Nazir deyib: “Yarışlara hazırlıq işlərində Bakı sakinlərinə hər hansı problem yaradılmamasına çalışırıq. Baxmayaraq ki, 6 kilometrlik yolun asfalt örtüyünün dəyişdirilməsi işləri gedir, bu, şəhərdə tıxaclar yaratmayıb. Əsas yollarda olan kommunikasiya xətlərinin dəyişdirilməsi ilə bağlı işlər də başa çatıb”. Nazir qeyd edib ki, “Formula-1” üzrə Avropa Qran-pri yarışları üçün pit-lane sifariş olunub. Uzunluğu 300 metr, eni 21 metr olan ikimərtəbəli bina Bakıya gətiriləcək və Azadlıq meydanında quraşdırılacaq. |
|
Xəbər 827 dəfə oxundu. |
|
|