“Formula-1” yarışlarının Londonda keçirilməsi ideyası reallaşa bilər
“Formula-1” yarışlarının Londonda keçirilməsi ideyası reallaşa bilər.

Bu barədə hələ bir neçə il əvvəl Berni Ekklstoun və London şəhərinin rəhbərliyi arasında danışıqlar aparılmış, hətta 2012-ci ildə trasın layihəsi hazırlanmışdı. Ancaq yarışın təşkilinə qanunvericilik mane olmuşdu.

“The Sunday Times”ın xəbərinə görə, yarış üçün mövcud olan maneələr aradan qalxmaq üzrədir. Parlamentdə bu məsələ müzakirə olunub və Londonda küçə yarışlarının keçirilməsi ilə bağlı qanuna düzəliş edilib.

London şəhərinin meri Boris Conson ilk dəfə deyil ki, belə bir yarışın təşkilində maraqlı olduğunu dilə gətirib. Berni Ekklstoun şəxsən bu layihəyə sərmayə yatırmağa hazırdır, ona görə də dəyişikliklərin qəbul olunduğu halda şəhər yarışının keçirilməsi şansları çox artacaq.

Xəbər 648 dəfə oxundu.