Buzadırmananlar Qusara toplaşacaqlar
11-12 fevralda Qusar rayonunun Ləzə kəndi yaxınlığındakı donmuş şəlalələrdə buzadırmanma üzrə açıq respublika çempionatı keçirəcək. İdman.com.az saytının məlumatına görə, yarışda idmançılarımızla yanaşı, Rusiya, Türkiyə, Gürcüstan və İranın buzadırmananlarının iştirakı da nəzərda tutulub. 2 turdan ibarət yarışa ümumilikdə 120 idmançının qatılacağı gözlənilir.

Yarışda Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının Bakıdan “A+A”, “Ekosport”, “Climb-club”, “Rock Stone”, “Meteor”, Bakı Dövlət Universitetinin “Extrem”, Memarlıq və İnşaat Universitetinin “Edelveys”, “Qərb Universiteti” klubu, Azərbaycan Turizm İnstitutunun AMEAST, Bədən Tərbiyəsi və İdman Akademiyasının “Gənclik”, “Xəzər Universiteti” klubu, “İqtisad Universiteti” klubu, Qobustandan “Tanrıdağ”, Qusardan “Salavat”, “Qusar” və “Zirvə”, İsmayıllıdan “Babadağ”, Zaqataladan “Mountain Bee”, Qaxdan “Extremal”, Yardımlıdan “Kəmərqaya” klublarının 90 idmançısı iştirak edəcəklər.

11 fevralda keçiriləcək rəqabətin 1-ci mərhələsində idmançılar mürəkkəblik, bir gün sonra, 2-ci mərhələdə sürət üzrə qüvvələrini sınayacaqlar.

Xəbər 2386 dəfə oxundu.