“Xəzər-Lənkəran”-“Rəvan” oyununda qalib müəyyənləşməyib | |
Yanvarın 31-də futbol üzrə Topaz Premyer Liqasının XIX turu çərçivəsində növbəti oyun keçirilib. Lənkəran şəhər stadionunda “Xəzər-Lənkəran” klubu “Rəvan” komandasını qəbul edib. Autsayderlərin qarşılaşmasında qapılara top vurulmayıb. Turnir cədvəlinin doqquzuncu pilləsində yer alan Lənkəran təmsilçisi xal ehtiyatını 13-ə çatdırıb. “Rəvan” isə 7 xalla sonuncu – onuncu pillədə yer alıb. |
|
Xəbər 698 dəfə oxundu. |
|
|