Gülhüseyn Abdullayev “Formula Gulf 1000” seriyasında iştirak edir
Gülhüseyn Abdullayev “Formula Gulf 1000” seriyasında iştirak edir. İdmançımızın bu seriyada iştirak etməsinin səbəbi qarşıdakı mövsümdə mübarizə aparacağı “EuroFormula Open” seriyasına hazırlaşmaqdır.

Azərbaycanı dəfələrlə kartinq yarışlarında uğurla təmsil etmiş G.Abdullayev Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçiriləcək “Formula Gulf 1000” yarışında mübarizə aparacaq. O, artıq sərbəst yürüşlərə qoşulub. Sərbəst yürüşlər zamanı trası daha yaxşı öyrənməyə çalışan həmyerlimiz ilk iki sessiyada 5-ci olub. Sonuncu sessiyada isə idmançımız qənaətbəxş nəticə göstərib və protokollarda 3-cü sətrə yiyələnib.

Qeyd edək ki, hər üç sessiyada ən yaxşı nəticəni danimarkalı Kato Poulsen göstərib.

Qeyd edək ki, G.Abdullayev “EuroFormula Open” seriyasında “Campos Racing” komandasının heyətində iştirak edəcək.

Xəbər 774 dəfə oxundu.