Fövqəladə Hallar Nazirliyinin əməkdaşları arasında şahmat çempionatı keçirilib
Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman Sağlamlıq Klubunun və FHN-in işçilərinin həmkarlar ittifaqı təşkilatının təşəbbüsü ilə şahmat üzrə çempionat keçirilib.

Nazirliyin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyində keçirilən çempionatda 16 komandadan 70-ə yaxın əməkdaş iştirak edib. Yarış həm şəxsi, həm də komanda hesabında İsveçrə sistemi üzrə keçirilib. Komandaların tərkibində 3 əsas və 1 ehtiyat oyunçu yer alıb.

Beynəlxalq dərəcəli baş hakim Namiq İsmayılovun və beynəlxalq dərəcəli hakim Vitaliy Sapronovun idarə etdiyi çempionatda komanda hesabında FHN Akademiyasının təmsilçiləri birinci, Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin əməkdaşları ikinci, Dövlət Yanğından Mühafizə Xidmətinin kollektivi isə üçüncü olub.

Şəxsi hesabda isə Vüqar Cəbiyev (BVİM), Vaqif Pişiyari (DSXX), Rəşid Behbudov (MMQ) ilk üç sırada qərarlaşıblar.

Qaliblər diplom, kubok, medal və qiymətli hədiyyələrlə təltif edilib.

Xəbər 651 dəfə oxundu.