Bakının “Lokomotiv” voleybol klubu İsveçrənin “Volero” komandası ilə qarşılaşacaq
Bakının qadınlardan ibarət “Lokomotiv” voleybol klubunun Çempionlar Liqası yarışlarının play-off mərhələsindəki rəqibi müəyyənləşib.

Bakı təmsilçisi İsveçrənin “Volero” komandası ilə qarşılaşacaq. Komandalar arasında ilk oyun fevralın 9-11-də Bakıda, cavab qarşılaşması isə fevralın 23-25-də Sürixdə təşkil olunacaq.

Qeyd edək ki, “Volero”nun heyətində Azərbaycan milli komandasının üzvü Nataliya Məmmədova çıxış edir.

Xəbər 702 dəfə oxundu.