Paralimpiyaçımız Dubayda gümüş medal qazanıb
Milli Paralimpiya Komitəsinin (MPK) güllə atıcılığı üzrə milli komandasının idmançısı Yelena Taranova Dubayda keçirilən dünya kuboku yarışlarından Vətənə uğurla geri dönüb.

Y.Taranova pnevmatik tapança ilə 10 metr məsafədən atəşaçma yarışlarında gümüş medal qazanıb.

Paralimpiyaçımız 25 metr məsafədən atəşaçma yarışlarında 5-ci, 50 metr məsafəyə atəşaçmada isə 4-cü olub.

Xəbər 798 dəfə oxundu.