“Sumqayıt” futbol klubu səfərdə “Neftçi” ilə qarşılaşacaq
Premyer Liqanın 19-cu turunda səfərdə “Neftçi” ilə qarşılaşacaq “Sumqayıt” futbol klubu oyuna hazırlığını bitirib.

Komanda bu gün “Kapital Bank Arena”da növbəti məşqini keçirib. Heyətə yeni cəlb olunmuş Rasim Ramaldanov da komanda ilə birlikdə məşqlərə başlayıb.

Qeyd edək ki, “Neftçi” – “Sumqayıt” oyunu yanvarın 30-da keçiriləcək. Qarşılaşma saat 16:30-da “Bakcell Arena”da start götürəcək.

Xəbər 914 dəfə oxundu.