U-12 komandası yarımfinala yüksəldi
“Neftçi” PFK-nın U-12 komandası “Vətən” RİOEUG futbol məktəbinin təşkil etdiyi “Qış kuboku” turnirində uğurlu çıxışını davam etdirir. Baş məşqçi Vaqif Əliyevin yetirmələri 1/4 finalda “Vətən” RİOEUG klubunu 4:2 hesabı ilə məğlub etməklə yarımfinala yüksəliblər. Komandanın qollarından ikisini Ağadadaş Salyanski vurub. Hərəyə bir dəfə isə Nihat Şirinzadə və Novruz Əmirov fərqləniblər.

“Neftçi” PFK-nın U-11 komandası isə “Qış kuboku” turnirində “Qarabağ” U-12 ilə qarşılaşıb – 0:1.

Xəbər 696 dəfə oxundu.