Namiq Ələsgərovun “Kəpəz”ə keçidi rəsmiləşdi
Qış transfer pəncərəsi dövründə “Kəpəz”in əsas heyətinə bir futbolçu cəlb edilib. “Qarabağ”dan Namiq Ələsgərov icarəyə götürülüb. Gənc yarımmüdafiəçi cari mövsümün sonuna kimi “sarı-göylər”in şərəfini qoruyacaq. Ələsgərov Gəncə klubunda 9 nömrəli formada çıxış edəcək.

Qeyd edək ki, 21 yaşlı futbolçu “Kəpəz”in Ağdam təmsilçisindən icarəyə götürdüyü üçüncü oyunçu olub. Belə ki, mövsümün əvvəlində Tərlan Quliyev və Şəhriyar Əliyev komandamıza keçib.

Əsas komanda ilə yanaşı, əvəzedici heyətə də bir futbolçu cəlb olunub. Mövsümün ilk yarısında “İnter”in əvəzedicilərində çıxış etmiş Qaraxan Əliyev “Kəpəz”ə keçib. Gəncə futbolunun yetirməsi ilə üç illik müqavilə bağlanıb.

“Kəpəz”in əsas heyətini isə bir futbolçu tərk edib. Qarşılıqlı razılıq əsasında Rəşad Eyyubov “Qəbələ”yə keçib. (klub saytı)

Xəbər 749 dəfə oxundu.