Azərbaycanda yeni turnirə start verilir
Azərbaycanda ilk dəfə MMA üzrə “AZERBAİJAN FIGHTING CHAMPİONSHİP” seriya yarışları başlayır. İlk yarış yanvarın 30-da “Sərhədçi” İdman Olimpiya Mərkəzində baş tutacaq.

Turnir “Azerbaijan Fight Club” döyüş klubunun təşkilatçılığı, Azərbaycan Gənclər və İdman Nazirliyi, “Qəbələ” İdman Klubu və beynəlxalq MMA GEFC liqasının dəstəyi ilə keçiriləcək.

Sabah - yanvarın 29-da, saat 11:00-da "Qafqaz Point Hotel"də çəkiölçmə və turniröncəsi mətbuat konfransı keçiriləcək. Bütün media nümayəndələri dəvətlidir.

Xəbər 527 dəfə oxundu.