TOPs proqramı çərçivəsində idman festivalı
Bakıdakı M.Müşfiq adına 18 nömrəli tam orta məktəbdə TOPs proqramı çərçivəsində idman festivalı keçirilib.

Festivalda məktəbin 100-dən çox şagirdi müxtəlif idman növləri üzrə qüvvə və bacarıqlarını nümayiş etdirib.

Festivalın keçirilməsinin məqsədi şagirdlərin sağlamlığının möhkəmləndirilməsi, onların psixoloji dayanıqlılığının qorunması və fiziki tərbiyə dərslərinə münasibətlərinin daha da yaxşılaşdırılmasıdır. Belə tədbirlər şagirdlər arasında sosiallaşmanın genişlənməsinə və təlim nəticələrinin yüksəldilməsinə müsbət təsir göstərir.

Festival zamanı məktəblilər tərəfindən ayrı-ayrı idman növləri üzrə nümunəvi çıxışlar təqdim olunub, yarışlar keçirilib.

Qalib komandalar kubok və medallarla mükafatlandırılıb.

Xəbər 631 dəfə oxundu.