Bakının “Azəryol” voleybol klubu İtaliyanın “Novara” komandası ilə qarşılaşacaq
Bakının qadınlardan ibarət “Azəryol” klubunun Avropa Voleybol Konfederasiyası (CEV) kuboku yarışlarının “çellenc-raund” mərhələsindəki rəqibi müəyyənləşib.

Bakı təmsilçisi İtaliyanın “Novara” komandası ilə qarşılaşacaq. Komandalar arasında ilk oyun fevralın 8-11-də Bakıda, cavab oyunu isə fevralın 23-25-də İtaliyada təşkil olunacaq.

Qeyd edək ki, turnirdə mübarizəyə onaltıdabir final mərhələsindən qoşulan "Azəryol" Rumıniyanın "Tarqoviste", Finlandiyanın "Salo" və Polşanın “Muşina” klublarını yarışdan kənarlaşdırıb.

Xəbər 743 dəfə oxundu.