Yığmamız “Antalya Cup” turnirinin qalibi olub
21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması “Antalya Cup” turnirinin qalibi adını qazanıb.

Yığmamız bu gün turnirdə son oyununu keçirib. Bəhreynin U-20 komandası ilə qarşılaşan futbolçularımız 4:0 hesabı ilə qalib gəlib. Qolları Taşkın İlter, Elnur Cəfərov, Ruslan Nəsirli və Abbas Hüseynov vurub.

Xatırladaq ki, yığmamız turnirin ilk oyununda Ukraynanın U-21 komandasını 2:1, ikinci qarşılaşmada Səudiyyə Ərəbistanının U-20 komandasını 3:0, üçüncü görüşdə isə Albaniyanın U-21 yığmasını 4:0 hesabı ilə məğlub etmişdi.

Xəbər 671 dəfə oxundu.