İlin ilk rəsmi oyunumuzun biletləri satışda
Topaz Premyer Liqasının XIX turu çərçivəsində keçiriləcək “Neftçi” – “Sumqayıt” oyununun biletləri bu gün satışa çıxarılıb. Qiyməti 1 AZN, VİP yerlər üçün 10 AZN olan biletləri “Bakcell Arena”nın kassalarından əldə etmək mümkündür. Qeyd edək ki, oyun yanvarın 30-da “Bakcell Arena”da keçiriləcək və saat 16:30-da başlanacaq.

Xəbər 623 dəfə oxundu.