Yeniyetmələr arasında ölkə çempionatının final görüşləri keçirilir
Azərbaycan Boks Mərkəzində keçirilən yeniyetmələr arasında ölkə çempionatının final görüşləri başlayıb. Heyətlərində paytaxtı və regionları təmsil edən 235 idmançının olduğu 40 komandanın mübarizəsində 14 çəki dərəcəsində bütün finalçılar müəyyənləşib.

Finalda 44 kiloqram çəki dərəcəsində Maqsud Xasmetov (Rabitə) – Ruslan Əliyev (Astara), 46 kiloqramda Ağa Məmişov (Gilan) – Fərid Səfərli (Rabitə), 48 kiloqramda Nəbi İsgəndərov (Rabitə) – Anar Musayev (Neftçala), 50 kiloqramda Əflatun Babayev (Bakı-Naxçıvan) – Amid Əlizadə (Rabitə) qarşılaşmaları keçiriləcək. Bundan başqa, 52 kiloqramda Pərvin Heydərov (Qızıl əlcək) – Elşən Cəbizadə (Rabitə), 54 kiloqramda Maşallah Tağıyev (Gilan) – Həmid Qədirov (Bakı-Naxçıvan), 57 kiloqramda Səbuhi Abışov (MOİK) – Nicat Həsənov (Qızıl əlcək), 60 kiloqramda Eldost İbadlı (MOİK) – Kənan Davidov (Hacıqabul), 63 kiloqramda Həsən Məmmədov (Bakı-Naxçıvan) – Səlim Səlimov (Gilan) görüşləri oynanılacaq.

Digər final qarşılaşmalarında isə 66 kiloqramda Turan Sadıqov (Gilan) və Ruslan Məmmədov (Rabitə), 70 kiloqramda Rəcəb Niftəliyev (Gilan) ilə Rəsul Rzayev (Gilan), 75 kiloqramda Elçin Əsgərov (Bakı-Naxçıvan) və İsmayıl Yaqubov (MOİK), 80 kiloqramda Elmir Süleymanov (Rabitə) ilə Rəşid Babayev (Gilan), 80 kiloqramdan yuxarı çəki dərəcəsində isə Elgün Süleymanov (Gilan) və Vüqar Səmədov (Gilan) üz-üzə gələcəklər.

Xəbər 900 dəfə oxundu.