Peşəkar Futbol Liqasının məlumatı
AZAL klubu Peşəkar Futbol Liqasına müraciət ünvanlayıb. AZAL əsas heyətin 3 üzvünün 21 yaşlı futbolçulardan ibarət Azərbaycan milli komandasının düşərgəsində olduğunu əsas gətirərək Topaz Premyer Liqasının XIX turunun “Qarabağ”la keçiriləcək oyununun vaxtının dəyişdirilməsini xahiş edib. Yarışların əsasnaməsini və “Qarabağ”ın razılığını rəhbər tutan PFL AZAL – “Qarabağ” görüşünün əvvəlcədən nəzərdə tutulduğu kimi 30 yanvarda deyil, 31 yanvar tarixdə oynanılmasına qərar verib.


Xəbər 654 dəfə oxundu.