Nazir Azad Rəhimov Qubada vətəndaşları qəbul edəcək
Gənclər və idman naziriAzad Rəhimov fevralın 12-də Quba rayonunda vətəndaşları qəbul edəcək. Qəbulda Quba, Qusar, Siyəzən, Şabran və Xaçmaz rayon sakinləri iştirak edəcək.

Qəbul saat 11:00-da Quba rayonu Heydər Əliyev Mərkəzində (Quba şəh, Heydər Əliyev prospekti, Heydər Əliyev parkının ərazisi) başlanacaq.

Qeyd edək ki, bundan öncə 18 yanvar tarixində nəzərdə tutulmuş qəbul təxirə salınmış və fevralın 12-nə keçirilmişdir.

Xəbər 788 dəfə oxundu.