Sərbəst güləş yığmamız hazırlığı davam etdirir
Güləş üzrə ölkə yığma komandaları təqvim planında nəzərdə tutulan qrafik üzrə qarşıdan gələn yarışlara hazırlıqları davam etdirir. Sərbəst güləş üzrə yığma komandamız yanvarın 20-dən toplanışdadır.

Yığma komandanın 24 üzvü iştirak etdiyi təlim-məşq toplanışı fevralın 4-dək davam edəcək. Sərbəst güləşçilərimiz təlim-məşq toplantısının ardından Türkiyənin İstanbul şəhərində keçiriləcək Yaşar Doğunun xatirəsinə həsr olunmuş ənənəvi beynəlxalq turnirdə qüvvələrini sınayacaq.

Xəbər 664 dəfə oxundu.