Xəzər Lənkəran 1-ci divizion klubuna böyük hesabla uduzdu
Topaz Premyer Liqasına hazırlığı davam etdirən "Xəzər Lənkəran" bu gün yoxlama oyunu keçirib. Cənub klubu birinci divizion təmsilçisi "Şərurspor"la qarşılaşıb.

Qarşılaşma "Xəzər Lənkəran"ın 2:5 hesablı məğlubiyyəti ilə başa çatıb. "Ağ-yaşıllar"ın qollarını Elfad Baləhmədov və Zaman Mirzəyev vurublar.

Xəbər 933 dəfə oxundu.