Stolüstü tennis üzrə Azərbaycan millisinin dünya çempionatındakı rəqibləri müəyyənləşib
Fevralın 28-dən martın 6-dək Malayziyanın paytaxtı Kuala–Lumpurda stolüstü tennis üzrə dünya çempionatı keçiriləcək.

Bir neçə gün əvvəl qadın komandaları arasında turnirin püşkatma mərasimi keçirilib.

Üçüncü divizionun “L” qrupunda yer alan Azərbaycanın qadınlardan ibarət komandası Argentina, Qazaxıstan, Qvatemala, Monqolustan və Latviya idmançıları ilə qarşılaşacaq.

Xəbər 710 dəfə oxundu.