“Azəryol”-“Muşina” voleybol oyunu başlayıb
Bakının qadınlardan ibarət “Azəryol” klubu Avropa Voleybol Konfederasiyası (CEV) kuboku yarışlarının dörddəbir final mərhələsində cavab oyununu keçirir.

Bakı təmsilçisi Azərbaycan Voleybol Mərkəzində Polşanın "Muşina" komandasını qəbul edir. Görüşün baş hakimi litvalı Audrius Qarqasasdır. Ona rumıniyalı həmkarı Kristian Eduard Botezat kömək edir.

Komandalar arasında Polşada keçirilən ilk oyunda “Azəryol” 2:3 hesabı ilə məğlub olmuşdu.

Qeyd edək ki, turnirdə mübarizəyə onaltıdabir final mərhələsindən qoşulan "Azəryol" Rumıniyanın "Tarqoviste" və Finlandiyanın "Salo" klublarını yarışdan kənarlaşdırıb.

Xəbər 727 dəfə oxundu.