Avropa kuboku yarışlarında Azərbaycanı 23 cüdoçu təmsil edəcək
Yanvarın 30-31-də Bolqarıstanın paytaxtı Sofiyada cüdo üzrə Avropa kuboku yarışları keçiriləcək.

Yarışda ölkəmizi 23 cüdoçu təmsil edəcək.

Sofiyada kişilərin yarışında tatami üzərinə Vüqar Şirinli, Davud Məmmədsoy, Oruc Vəlizadə, Elbrus Zamanov (hamısı 60 kq), Telman Vəliyev, Rəşad Rufullayev, İlkin Babazadə (hər üçü 66 kq), Fəqan Quluzadə, İsmayıl Piriyev, Vüqar Bayramov (hər üçü 73 kq), Rüstəm Alimli, Ziya Namazov, Elvin Əhmədli (hər üçü 81 kq), Məmmədəli Mehdiyev, Tural Səfquliyev, Vasif Şərbətli (hər üçü 90 kq), Firudin Dadaşov, Musa Şəkərəliyev və Cəlal Şükürov (hər üçü 100 kq) çıxacaqlar.

Qadınların mübarizəsində Aişə Qurbanlı (48 kq), Şəhanə Əlməmmədova (52 kq), Xanım Hüseynova və Validə Mirzəzadə (hər ikisi 63 kq) yarışacaqlar.

Xəbər 723 dəfə oxundu.