Basketbol üzrə U-16 və U-18 yığmalarımızın rəqibləri müəyyənləşib
On altı və 18 yaşadək qadın basketbolçulardan ibarət Azərbaycan yığma komandalarının Avropa çempionatının “C” divizionundakı rəqibləri müəyyənləşib.

Samit Nuruzadənin rəhbərlik etdiyi U-16 komandamız “A” qrupunda Malta, Kipr, Uels və San Marino yığmaları ilə mübarizə aparacaq. Qrupun oyunları iyulun 17-dən 24-dək Kiprin paytaxtı Nikosiyada keçiriləcək.

U-18 yığmamız isə Cəbbəlütariq, Andorra və Monako komandaları ilə üz-üzə gələcək. Baş məşqçi Tahir Baxşıyevin yetirmələri “A” qrupunda mübarizə aparacaqlar. Bu qrupun oyunları iyulun 8-dən 15-dək San Marinoda təşkil olunacaq.

Xəbər 800 dəfə oxundu.