Bu gün “Azəryol” voleybol klubu Polşanın “Muşina” komandasını qəbul edəcək
Bu gün Bakının qadınlardan ibarət “Azəryol” klubu Avropa Voleybol Konfederasiyası (CEV) kuboku yarışlarının dörddəbir final mərhələsində cavab oyununu keçirəcək.

Bakı təmsilçisi Azərbaycan Voleybol Mərkəzində Polşanın "Muşina" komandasını qəbul edəcək. Görüşü litvalı baş hakim Audrius Qarqasas idarə edəcək. Ona rumıniyalı həmkarı Kristian Eduard Botezat kömək edəcək.

Komandalar arasında Polşada keçirilən ilk oyunda “Azəryol” 2:3 hesabı ilə məğlub olmuşdu.

Qeyd edək ki, turnirdə mübarizəyə onaltıdabir final mərhələsindən qoşulan "Azəryol" Rumıniyanın "Tarqoviste" və Finlandiyanın "Salo" klublarını yarışdan kənarlaşdırıb.

Xəbər 678 dəfə oxundu.