"Neftçi" "Qarabağ"a 7 qolla qalib gəldi
“Neftçi” PFK-nın U-17 komandası AFFA-nın təşkil etdiyi Bakcell U-17 liqasının ikinci dövrəsinə qələbə ilə başlayıb. Baş məşqçi Elşad Əhmədovun yetirmələri XIV turda “Qarabağ” klubuna 7:4 hesabı ilə qalib gəliblər. Komandamızın heyətində Pilağa Mehdiyev “het-trik”ə, Fərid Səmədov isə “dubl”a imza atıb. Bəşir Aylarov və Pərviz Həsənov hərəyə bir dəfə fərqləniblər.

Qeyd edək ki, əsas rəqiblərindən olan “Qəbələ”dən 1 oyun çox keçirmiş “Neftçi” bu qələbədən sonra 35 xalla turnir cədvəlinin 1-ci pilləsində qərarlaşıb.

Xəbər 683 dəfə oxundu.