Dünyada ən gəlirli 10 klub hansıdır? | |
Ən gəlirli futbol klublarının statistikası açıqlanıb. İdman.com.az saytının məlumatına görə, Madrid “Real”ı 480 milyon avro gəliri ilə ardıcıl 7 il dünyanın ən çox qazanan futbol klubu seçilib. “Ağ-qaralar”ın əzəli rəqibi “Barselona” siyahıda 2-ci, “Mançester Yunayted” 3-cü yerdədir. Əgər “Real” gələn il də siyahıda birinci sırada gələrsə, o, “manikunyanlar”ın 8 illik rekordunu təzələyəcək. “Bavariya”, “Arsenal” və “Çelsi” ən varli klublar siyahısında müvafiq olaraq 4, 5 və 6-cı pillələrdə gəlirlər. Siyahıdakı 20 klubdan hamısı Avropanın “beşlik” ölkələrinin liqalarında çıxış edir. 20 komandanın gəlirləri birlikdə 4,4 milyard avro təşkil edir. Dünyanın ən varlı 10 klubu aşağıdakılardır: 1.“Real” (İspaniya): 479,5 milyon avro 2.“Barselona” (İspaniya): 450,7 milyon avro 3.“Mançester Yunayted” (İngiltərə) : 367 milyon avro 4.“Bavariya” (Almaniya): 321,4 milyon avro 5.“Arsenal” (İngiltərə): 251,1 milyon avro 6.“Çelsi” (İngiltərə): 249,8 milyon avro 7.“Milan” (İtaliya): 235,1 milyon avro 8.“İnter” (İtaliya): 211,4 milyon avro 9.“Liverpull” (İngiltərə): 203,3 milyon avro 10.“Şalke-04” (Almaniya): 202,4 milyon avro |
|
Xəbər 1124 dəfə oxundu. |
|
|