Ölkə çempionatında növbəti turun oyunları baş tutdu
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin idman zalında kişilər arasında ölkə birinciliyinin növbəti oyunları keçirilib. Oyunlara gəldikdə isə NTD-nin "Baku Oilers" (107:66) və "Sıçrayış"ın "Dərviş" (61:59) üzərində inamlı qələbələrini xüsusi qeyd etmək olar.

Turnir cədvəlinə hərəsi 15 xalla "Bakı" və NTD komandaları başçılıq edirlər.

Digər oyunların nəticələri:

AZTOP - "Araz" - 69:31
BDU - "Bakı" - 68:103

Turnir cədvəli: "Bakı" - 15, NTD - 15, "Baku Oilers" - 13, AZTOP - 13, "Sıçrayış" - 12, "Dərviş" - 11, "Araz" - 9, BDU - 8.

Növbəti turun cədvəli - 30.01.2016

11:00. "Araz" - "Bakı"
12:30. AZTOP - "Baku Oilers"
14:00. NTD - "Dərviş"
15:30. BDU - "Sıçrayış"

Xəbər 798 dəfə oxundu.