Həmvətənimiz sambo yarışında qızıl medal qazanıb
Çerepovets şəhərində sambo üzrə XI ümumrusiya yarışları keçirilir.

Ümumrusiya Azərbaycanlılar Konqresinin Murmansk vilayət bölməsinin və Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin yerli nümayəndəliyinin mətbuat katibi Əlihüseyn Şükürovun verdiyi məlumata görə, 56 kq çəki dərəcəsində həmvətənimiz, Murmansk vilayətinin Monçeqorsk şəhər komandasının üzvü Rəsul Orucov birinci yeri tutub.

AZƏRTAC

Xəbər 1523 dəfə oxundu.