“Qəbələ” futbol klubu Ukraynanın “Dnepr” komandası ilə qarşılaşıb
Antalyada təlim-məşq toplanışında olan “Qəbələ” futbol klubu son yoxlama oyununu keçirib.

“Qırmızı-qaralar” yanvarın 10-da başlayan təlim-məşq toplanışını Ukraynanın “Dnepr” klubu ilə qarşılaşma ilə yekunlaşdırıb.

“Gloria Sport Arena”da keçirilən qarşılaşmaya “Dnepr” daha fəal başlasa da, “Qəbələ” oyunda tarazlıq yaradıb. İlk hissənin ortalarında isə üstünlüyə yiyələnən komandamız daha çox hücum edib. Buna baxmayaraq, hesabı Dnepropetrovsk klubu açıb. Görüşün 39-cu dəqiqəsində Edmar fərqlənib. Görüşün sonunadək hesab dəyişməyib.

Beləliklə, Edmarın ilk yarıda vurduğu qol matçda yeganə olub və “Qəbələ” Antalyadakı üçüncü oyununda 0:1 hesabı ilə uduzub.

Qeyd edək ki, Almaniyanın “Osnabryuk” (1:1) və İsveçrənin “Sürix” (4:0) klubları ilə qarşılaşan “Qəbələ” yanvarın 25-də Vətənə dönəcək.

Xəbər 651 dəfə oxundu.